Yevlaxda məktəbdə partlayış olub, xəsarət alan var - Foto

19:53 - 9 Yanvar 2020 - HADİSƏ

Yevlax rayonunda orta məktəbdə partlayış olub.

Hadisə 1 saylı orta məktəbin qazanxanasında baş verib. Partlayış zamanı məktəbin gözətçisi Ramiz Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirlib. Qeydə alınan hadisə axşam saatlarında baş verdiyindən şagird və müəllimlərdən zərər görən olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır./qafqazinfo


Xəbər xətti