Badamdardakı sürüşmənin səbəbi açıqlanıb

17:54 - 9 Yanvar 2020 - Xəbər

Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə sahəsində aktivlik davam edir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

O deyib ki, ilkin araşdırmaların nəticələrinə görə, sürüşmənin məişət sularının torpağa axıdılması və atmosfer çöküntülərinin təsiri nəticəsində torpaq kütləsinin ağırlaşması səbəbindən baş verdiyi ehtimal olunur.

Araşdırma və müşahidələr davam etdirilir./report

 

Xəbər xətti