Abşeron Gənclər Şəhərciyində yanğın başlayıb

14:43 - 9 Yanvar 2020 - HADİSƏ

Xırdalan şəhərində yanğın hadisəsi baş verib.

Hadisə şəhərin Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.

Belə ki, Şəhərcikdə olan yaşayış binaların birinin 6-cı mərtəbəsində yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını cəlb edilib. Hazırda yanğınsöndürənlər yanğının söndürülməsinə çalışır./report

 

Xəbər xətti