MSK bu həftə bələdiyyə seçkilərinin yekunlarını təsdiqləyəcək

12:30 - 9 Yanvar 2020 - Xəbər

Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 12-dək bələdiyyə seçkilərinin yekunlarını təsdiqləyəcək.

Seçki Məcəlləsinin 108.2 və 239-cu maddələrinə əsasən, səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində, yəni, yanvarın 12-dək MSK tərəfindən seçkilərin yekunları yoxlanılmalı və təsdiq edilməlidir.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2019-cu ilin dekabrın 23-də keçirilib./report

 

Xəbər xətti