XİN isveçrəli kosmonavtın adını “qara siyahı”dan çıxardı

11:34 - 9 Yanvar 2020 - Xəbər

İsveçrə Konfederasiyasının vətəndaşı, isveçrəli kosmonavt Klod Nikolye Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

“Qafqazinfo”nun XİN-ə istinadən verdiyi xəbərə görə, Klod Nikolye məktubunda Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə etdiyini bəyan edib və səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduğunu bildirib.

İsveçrə Konfederasiyasının vətəndaşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Xəbər xətti