Qubada yük avtomobilinin sürücüsü faciəvi şəkildə ölüb

11:05 - 9 Yanvar 2020 - HADİSƏ

Qubada yük avtomobilinin sürücüsü faciəvi şəkildə ölüb.

Hadisə rayonun Mirzəmmədkənd kəndi ərazisində baş verib.

Belə ki, sürücü yük maşınını yüksəkgərginlikli elektrik xəttinin altında saxlayaraq, yükün üzərini örtmək üçün avtomobilin üstünə çıxmağa çalışıb. Lakin naqillərin olduğuna fikir verməyib və ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub.

Faktla bağlı araşdırma aparılır./report


Xəbər xətti