Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi (BŞDYPİ) bu gün səhər saatlarında Badamdar qəsəbəsində baş verən sürüşmə ilə əlaqədar sürücülərə müraciət edib.
İdarədən verilən məlumata görə, müraciətdə bildirilir: "Sürüşmə ilə əlaqədar olaraq sürücülər alternativ yol kimi Azneft dairəsi ərazisindən və Badamdar qəsəbəsinin içərisindən hərəkət etsinlər"./trend