Əziz Qaralov: "Sürüşmə baş verən ərazidə yaşayış evləri yoxdur"

10:20 - 9 Yanvar 2020 - Xəbər

"Sürüşmə baş verən ərazidə yaşayış evləri yoxdur".

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

O qeyd edib ki, hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur.

Xatırladaq ki, bu gün səhər saatlarında Bakının Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində yenidən sürüşmə baş verib./report

 

Xəbər xətti