"Optimal Elektronika" MMC-nin yük maşını aşıb, şirkətin əməkdaşları xəsarət alıblar

10:09 - 9 Yanvar 2020 - HADİSƏ

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 101-ci kilometrliyində, magistralın rayonun Məmmədli kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Gəncə şəhər sakini,1989-cu il təvəllüdlü Asim Nofəl oğlu Quliyevin idarə etdiyi, "Optimal Elektronika" MMC-yə məxsus məişət əşyalarını daşıyan "İsuzu" markalı, 99-JS -534 dövlət nömrə nişanlı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı şirkətin 2 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəza nəticəsində yük avtomobilində olan məişət texnikası və avadanlıqları ətrafa səpələnərək yararsız hala düşüb.

Faktla bağlı araşdırmalara başlanılıb. /report

 

Xəbər xətti