Ağsuda mikroavtobus aşıb, yaralılar var

18:16 - 8 Yanvar 2020 - HADİSƏ

Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ağsu-Kürdəmir yolunda, Muradlı kəndi ərazisində qeydə alınıb. 1991-ci il təvəllüdlü Novruz Feyzullayev idarə etdiyi UU-952-UG Gürcüstan nömrə nişanlı, "Ford Tranzit" markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və sərnişini, 1982-ci il təvəllüdlü Mahir Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Novruz Feyzullayev mikroavtobusla çörək daşıyırmış./Apa

Xəbər xətti