Övladları atası ilə barışdığı üçün özünü öldürdü

11:12 - 8 Yanvar 2020 - HADİSƏ

Gəncə şəhərində bir ay əvvəl intihara cəhd edən 69 yaşlı qadın ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gəncə şəhər sakini Məmmədova Məryəm İlyas qızı ötən ilin dekabrın 9-da üzərinə benzin tökərək özünü yandırıb. Məlumata görə, qadın qızı Məhəbbət və oğlunun boşandığı keçmiş əri ilə barışdıqları üçün buna etiraz edib və özünü yandırıb.

O, yanvarın 7-də yerləşdirildiyi Bakı şəhər 5 saylı xəstəxanada vəfat edib. Araşdırma aparılır.

Xəbər xətti