Qubada itkin düşən azyaşlı qız tapılıb- Foto

19:53 - 7 Yanvar 2020 - Xəbər

Quba rayonunda itkin düşən azyaşlı tapılıb

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba rayon sakini Aslan İslamov gecə saatlarında Rayon Polis Şöbəsinə müraciət edərək 2017-ci təvəllüdlü azyaşlı qızı Ayla İslamlının yaşadıqları evin həyətindən çıxaraq itkin düşməsi barədə məlumat verib.

Məlumatla əlaqədar RPŞ-nin əməkdaşları dərhal rayon ərazisində axtarışlara başlayıblar. Keçirilmiş axtarış tədbirləri nəticəsində itkin düşən 3 yaşlı qız polis əməkdaşları tərəfindən qısa bir müddətdə tapılaraq ailəsinə təhvil verilib.

Azyaşlı qızın valideynləri gecə saatlarında onların müraciətlərinə həssaslıqla yanaşaraq övladlarının sağlam halda, heç bir zərər görmədən tapılmasında göstərdikləri əvəzolunmaz xidmətlə görə başda DİN rəhbərliyi olmaqla Azərbaycan Polisinə dərin minnətdarlıqlarını bildiriblər.

Xəbər xətti