Meyiti yandırılan 10 yaşlı Nərmin Masallıya qaçırılmışdı? - "Səni axtarıram"a MÜƏMMALI ZƏNG - VİDEO

Tovuz rayonunun Dondar Quşçu Kəndində noyabr ayının 21 itkin düşən 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının rayon ərazisində yandırılmış meyiti tapılıb. Meyit ekspertizaya aparılıb. Hazırda qızın hansı şəraitdə öldüyü məlum deyil.

Yanmış meyiti tapılan 10 yaşlı Nərminin ölümü ictimaiyyəti dəhşətə gətirib. İnsanlar sosial şəbəkə vasitəsilə azyaşlıının qatilin tezliklə tapılıb cəzalandırmasını tələb edir. Nərminin axtarışları hüquq-mühafizə orqanları ilə yanaşı "Səni axtarıram" proqramında aparılırdı. Xoşqədəm Hidayətqızı azyaşlının tapılması üçün araşdırmalar aparırdı.

Proqramın 27.11.2019 tarixli buraxılışında studiyaya zəng vuran anonim tamaşaçı Nərmini Masallıda gördüyünü iddia edib.
O, Masalllı rayonundakı Xan Sarayının yanında Nərmini bir avtomobildən düşürüb digər avtomobilə mindirərdə qışqırıb kömək istəyərkən gördüyünü deyib:

"Nərmin qışqırırdı ki, "Kömək edin, bunlar məni qaçırıblar. Mən Nərminən. Məni Xoşqədəmin verilişində axtarırlar". Millət yığıldı, polislər gəldi. Polislər maşının hərəkətinə mane oldu. Sonra onları polis şöbəsinə apardı".

Bu anonim zəngdən sonra X.Hidayətqızı Masallı rayonunun polis şöbəsilə əlaqə yaradıb. Orada belə bir hadisənin qeydə alınmadığı bildirilib.
Bu zaman belə bir sual ortaya çıxır: O zəng hansı məqsədlə edilmişdi? Məqsəd axtarışı yanlış yönəltmək idi, yoxsa həqiqətən də Nərmin Masallıya qaçırılmışdı?

İstənilən halda o zəngin izi ilə cinayətkarın və ya cinayətkarların izinə düşmək olar...


​/baku.ws

Tarix
7 Yanvar 2020 [18:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-07 18:02:09
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin