Gözətçini döyüb marketdən 7500 manat apardı

16:20 - 7 Yanvar 2020 - HADİSƏ

Hövsan qəsəbəsi ərazisindəki marketlərin birinə gələn şəxs orada gözətçi işləyən paytaxt sakini R.Ağalarovu döyüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə yanvarın 6-da saat 1 radələrində qeydə alınıb.

Həmin şəxs oradan 7500 manat pul götürərək hadisə yerini tərk edib.

Quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Cavanşir Qulamov saxlanılıb.

Xəbər xətti