Tarixin ən çox gəlir gətirən cizgi filmi açıqlandı - Foto

13:07 - 7 Yanvar 2020 - Mədəniyyət

“The Walt Disney”in “Soyuq ürək-2” cizgi filmi ən yüksək kassa gəliri əldə edən animasiya filmi kimi kinematoqrafiya tarixinə düşüb.

Bu barədə “Boxofficemojo” portalı məlumat yayıb.

Cizgi filminin kassa gəliri 1.325 milyard dolları keçib. Qış nağılı olan film “Soyuq ürək” cizgi filmindən izləyənlərə tanış olan Anna və Elza bacılarının gələcək sərgüzəştlərindən bəhs edir.

Bundan əvvəl, “Super ailə-2” (1.243 milyard dollar) və “Soyuq ürək” (1.281 milyard dollar) cizgi filmləri lider sayılırdı.

Xatırladaq ki, “Soyuq ürək-2”  studiyanın keçən il milyard dollardan çox qazandığı altıncı film layihəsidir./oxu.az

 


Xəbər xətti