Bakıda ölümə səbəb olan içkini satan mağaza sahibi saxlanılıb

11:51 - 7 Yanvar 2020 - HADİSƏ

Bakıda zəhərlənərək ölən şəxsin spirtli içkini haradan aldığı məlum olub.

Araşdırma zamanı dünyasını dəyişmiş Yusif Hüseynovun spirtli içkini 8-ci kilometr bazarında topdan satış mağazasından aldığı müəyyən edilib.

Daha sonra spirtli içkini satan mağazanın sahibi Səlim Seyidov saxlanılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Y.Hüseynov zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb. Onun spirtli içkidən zəhərlənərək öldüyü məlum olub./report

 

Xəbər xətti