Balakəndə evlərdən oğurluq edən şəxslər saxlanılıb

11:17 - 7 Yanvar 2020 - HADİSƏ

Balakən Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən bir neçə evdən oğurluq olması barədə müraciət daxil olub.

Məlumata görə, daxil olmuş müraciətlər əsasında RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu edən şəxslərin əvvəllər də məhkum olunmuş rayonun Tülü kənd sakini Pərviz Umudov, həmkəndlisi Zamiq Osmanov və Balakən şəhər sakini Anar Qarayev olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər ötən ilin noyabr ayından bu ilin yanvar ayınadək olan müddətdə 3 ayrı-ayrı evdən televizorlar və müxtəlif əşyalar oğurlayıblar.

Faktla bağlı RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmaması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir./trend

Xəbər xətti