Nişanlısı ilə dalaşan Cennifer ağladı - Foto

10:24 - 7 Yanvar 2020 - MAQAZİN

Dünya şöhrətli 50 yaşlı pop ulduz Cennifer Lopez nişanlısı beysbolçu Aleks Rodriges ilə dalaşərkən görüntülənib.

Milliyet.com xəbər verir ki, 44 yaşlı nişanlısı ilə maşında dava edən Cenniferin gözləri ağlamaqdan şişib. Müğənni gözlərini gizlətmək üçün eynək taxıb.

Belə ki, müğənni avtomobildə nişanlısının telefonuna baxarkən eşitdiklərinə inanmayıb. Bu səbəbdən də Cennifer nişanlısının yalanlarına görə ağlamağa başlayıb. Dava edən cütlük idman zalına ayrı-ayrı girib.

Qeyd edək ki, keçən il nişanlanan cütlüyün bu il evlənməsi gözlənilirdi.


Xəbər xətti