Bakıda ər arvadını bıçaqlayıb

22:42 - 6 Yanvar 2020 - HADİSƏ

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Ramana qəsəbəsində qeydə alınıb.  Südçülük sovxozunda yaşayan kişi həyat yoldaşı, 1978-ci il təvəllüdlü Vəliyeva Mətanət Akif qızına bıçaqa xəsarət yetirib.

Ağır xəsarət alan yaralı dərhal 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır./Apa

Xəbər xətti