Ərdoğanla Merkel arasında telefon danışığı olub

14:41 - 6 Yanvar 2020 - DÜNYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniya kansleri Angela Merkellə telefon danışığı olub.

APA-nın xəbərinə görə, telefon söhbətində hər iki lider Liviya və Suriya mövzusunda müzakirələr aparıblar. Telefon söhbətində Türkiyə Prezidentinin Almaniyaya səfərilə bağlı da fikir mübadiləsi aparılıb.

Xəbər xətti