Şəkidə 63 yaşlı kişi dəm qazından zəhərlənib

12:54 - 6 Yanvar 2020 - HADİSƏ

Şəkidə dəm qazından zəhərlənmə qeydə alınıb.

Rayonun Kiş kənd sakini, 1957-ci il təvəllüdlü Bayram Əsgər oğlu Xəlilov kəskin zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı B. Xəlilovun yaşadığı evin hamamında dəm qazından zəhərləndiyi məlum olub.

B. Xəlilovun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir./Apa

Xəbər xətti