Həştərxanda enə bilməyən təyyarə Bakıya qayıtdı

12:14 - 6 Yanvar 2020 - Xəbər

Həştərxan hava limanına enə bilməyən “Buta Airways”in təyyarəsi Bakının hava limanına qayıdıb.

Bu barədə aviaşirkət məlumat yayıb. Bildirilib ki, təyyarənin geri qayıtmasına səbəb Həştərxan hava limanında güclü dumanın olmasıdır. Hava gəmisi yerli vaxtla 10:50-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirib.

Hava şəraitinin yaxşılaşmasından sonra heyətin Həştərxana yola düşəcəyi gözlənilir.
Xatırladaq ki, “Buta Airways” “J2-9235” nömrəli Bakıda Həştərxan reysi həftədə iki dəfə ( Bazar ertəsi və Cümə aşxamı) həyata keçirir./report

Xəbər xətti