Şəmkirdə polis yol qəzasında ölüb

10:51 - 6 Yanvar 2020 - HADİSƏ

Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Əhmədov Tural Telman oğlunun idarə etdiyi "Fiat Doblo" avtomobili aşıb. Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Tural Əhmədov Şəmkir rayon Polis Şöbəsinin Zəyəm bölməsinin baş əməliyyat müvəkkilidir.
Faktla bağlı araşdırma aparılır./Apa

Xəbər xətti