Sabahdan "ASAN xidmət" mərkəzlərində iş günü başlayır

10:14 - 5 Yanvar 2020 - Xəbər

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar tətilə çıxan “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü bu gün başa çatır. Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, yanvarın 5-də 6 günlük tətil başa çatır və yanvarın 6-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər. Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 2019-cu ilin dekabrın 31-dən 2020-ci ilin yanvarın 5-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür. 

Xəbər xətti