Bu gün Günəş Yerə maksimum yaxınlaşacaq

09:50 - 5 Yanvar 2020 - Xəbər

Bu gün Günəş Yer planetinə maksimum dərəcədə yaxınlaşacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə Moskva Planetariumunun saytı astronom Aleksandr Yakuşeçkinə istinadən məlumat yayıb. Günəş saat 10:48 radələrində Perihelion nöqtəsini keçəcək. Bu, planetin Günəşə ən yaxın orbit nöqtəsidir. Qeyd olunur ki, Yer orbitinin perihelionu Günəşə 147 098 291 kilometr məsafədə yerləşir.

Xəbər xətti