Qobustanda transformator yanıb

12:06 - 4 Yanvar 2020 - HADİSƏ

Bu gün səhər saat 05.50-də Qobustan stansiyasının ərazisində "Azərişıq" ASC-yə məxsus transformatorda yanğın olub.  "Report" xəbər verir ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin ərazi üzrə yanğınsöndürmə maşınları, Biləcəri və Hacıqaqbul yanğınsöndürmə qatarları cəlb edilib. Saat 08:30-da yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb, qatarların hərəkətində fasilə yaranmayıb. Yanğına texniki nasazlıq səbəb olub.  Hadisənin təfərrüatı və başvermə səbəbləri araşdırılır.

Xəbər xətti