Yurçeviç Azərbaycan millisi ilə vidalaşdı

18:00 - 3 Yanvar 2020 - İDMAN

Azərbaycan millisinin baş məşqçisi postundan gedən Nikola Yurçeviç sosial şəbəkə hesabında vida sözləri yazıb.

“Qafqazinfo” xəbər verir ki, xorvatiyalı mütəxəssis hər kəsə təşəkkür edib:

“AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisini çalışdırdım. Mənim üçün böyük mübarizə oldu, hər andan həzz aldım. Hər kəsə - futbolçulara, köməkçilərə, azarkeşlərə, AFFA-ya təşəkkür edirəm. İndi yeni fürsətlər üçün səbirsizlənirəm”.

Qeyd edək ki, Azərbaycan millisi 52 yaşlı mütəxəssisin rəhbərliyi ilə AÇ-2020-nin seçmə mərhələsində 8 oyuna 1 xal yığıb.

Xəbər xətti