Senatorlar Süleymaninin ölümünə görə Trampı tənqid etdilər

16:35 - 3 Yanvar 2020 - DÜNYA

ABŞ-ın İran generalı Qasım Süleymanini İraqda öldürməsi ölkədə ciddi müzakirələrə səbəb olub.

Demokrat senatorlar Tramp administrasiyasını bu qərarı vermədən öncə Konqreslə müzakirə aparmamasını tənqid ediblər. Onlar bu barədə Tvitter hesablarında yazıblar. Senator Kris Mörfi bildirib ki, general Süleymaninin ABŞ-ın düşməni olduğu hər kəsə bəlli idi:

"Bizim ümumi olaraq xarici siyasi fiqurları öldürməməyimizin məqsədi bunun daha çox amerikalının ölməsinə səbəb olacağına inanmağımızdır".
Digər senator Riçard Blumenthal qeyd edib ki, Tramp bu hücumla bağlı Konqresə və Amerika xalqına açıqlama verməlidir:

"Hərbi gücdən istifadə etmək səlahiyyəti yeni müharibənin başlanmasına səbəb olmamalıdır. Ən böyük narahatlığım həmin bölgədə xidmət edən amerikalıların təhlükəsizliyi ilə bağlıdır".
Senator Tom Udal Trampın Amerika xalqının yeni müharibənin başlanğıcına gətirdiyini deyib:
"İranla qeyri-qanuni müharibənin qarşısını almaq üçün Konqres təcili toplanmalı və bununla bağlı qanun qəbul etməlidir".

Konqres üzvü Tom Karper isə Tramp administrasiyasının İrana qarşı daim təxribat xarakterli addımlar atdığını açıqlayıb:
"Bu gecə baş verənlər də bunlardan biridir".
Qeyd edək ki, İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb. İranın ali dini lideri Ayətullah Əli Xamenei Q.Süleymaninin öldürülməsinə görə qisas alacaqlarını söz verib. ABŞ silahlı qüvvələri yüksək döyüş hazırlığına gətirilib./qafqazinfo

Xəbər xətti