Cəlilabadda avtomobil aşıb, xəsarət alan var

14:36 - 3 Yanvar 2020 - HADİSƏ

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Məşədilər kəndində qeydə alınıb. Belə ki, minik avtomobilinin aşması nəticəsində sərnişin, həmin kənd sakini, 1974-cü il təvəllüdlü Həşimova Natavan Xəzail qızı xəsarət alıb.

Yaralı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti