Bakıdan Moskvaya uçan təyyarə Volqoqrad hava limanına təcili eniş edib.
Ucnoqta.az Rusiya KİV-ə istinadən xəbər verir ki, yerli vaxtla 7.44-də (Moskva vaxtı ilə 6.44) Aeroflot aviaşirkətinin Bakı-Moskva 1853 reysi ilə uçan təyyarəsi Volqoqradda eniş etməli olub. Aeroportdan verilən məlumata görə, göyərtəsində 85 sərnişin olan təyyarə sərnişinlərdən birinin özünü yaxşı hiss etməməsindən təcili eniş edib.
Sərnişin xəstəxanaya yerləşdirilib.
Bir saatdan sonra təyyarə təyinat yerinə uçub.