Bakıda zəncirvari qəza: 5 maşın toqquşdu- Foto

23:21 - 2 Yanvar 2020 - HADİSƏ

Bakının Nərimanov rayonunda 5 avtomobil toqquşub.

APA  xəbər verir ki,  hadisə Ziya Bünyadov prospektində baş verib. “Nissan” markalı avtomobili arxadan gələn “Volkswagen”, ona isə ardınca “Mercedes” markalı iki avtomobil çırpılıb.

Qəza zamanı iki sərnişin xəsarət alıb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.


Xəbər xətti