Abşeronda villadan 400 min manatlıq oğurluq olub

16:09 - 2 Yanvar 2020 - HADİSƏ

Yeni il gecəsi Abşeron rayonunda villadan oğurluq olub. “Report” xəbər verir ki, hadisə rayonun Digah qəsəbəsində qeydə alınıb. Məlumata görə, A.Hüseynovaya məxsus villadan 31 dekabrdan 1 yanvara keçən gecə içərisində 200 min manatlıq qızıl və 120 min dollar pul (ümumilikdə 400 min manatdan çox) olan seyf oğurlanıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti