Göygöldə oğlunu qətlə yetirən kişi Bakıda saxlanılıb

10:44 - 2 Yanvar 2020 - HADİSƏ

Göygöldə evi yandıran oğlunu qətlə yetirib hadisə yerindən qaçan şəxs bu gün səhər saatlarında Bakıda saxlanılıb.

Rayonun Nadel kənd sakini, 1950-ci il təvəllüdlü Yaşar Qəmbər oğlu Bayramov əməliyyat axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Onun barəsində Göygöl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, Y.Bayramov oğlu - 1978-ci il təvəllüdlü Mahir Bayramovu Nadel kənd ərazisində taxıl sahəsində ov tüfəngindən 2 dəfə atəş açaraq qətlə yetirib. Hadisəyə uzun müddət tərəflər arasında mübahisəyə səbəb olan evin M.Bayramov tərəfindən yandırılması səbəb olub./report

Xəbər xətti