ATV-yə yeni icraçı direktor təyin edildi

12:25 - 30 Dekabr 2019 - Xəbər

“Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətində  (ATV) yeni təyinat olub. 

Kanalın Prezidenti Azər Xəlilov icraçı direktor vəzifəsinə İsmayıl Həsənovu təyin edib. İ. Həsənov bu təyinata qədər ARB TV-də çalışıb.

Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Vahid Səmədov həyata keçirirdi. O, noyabrın əvvəlində kanaldan uzaqlaşdırılmışdı.  /qafqazinfo

Xəbər xətti