AFFA Klublar Komitəsi danışılmış oyunları müzakirə edib

13:27 - 29 Dekabr 2019 - İDMAN

AFFA Klublar Komitəsinin (KK) bugünkü iclasında əsas müzakirə mövzusu danışılmış oyunlarla bağlı olub.

Bu barədə jurnalistlərə toplantının ardından KK sədri və "Sumqayıt"ın prezidenti Riad Rəfiyev bildirib. Rəfiyev deyib ki, AFFA nümayəndəsi Seymur Səlimli son zamanlar I Divizionda yaşanan arzuolunmaz olaylarla əlaqədar ətraflı məlumat verib: "Söhbət yalnız I Diviziondan gedir. Premyer Liqada da danışılmış oyunların olub-olmadığına dair bir söz deyilmədi. Bildirildi ki, müəyyən klublarda bu cür hadisələr baş verir, uşaqları aldadır, səhv yola çəkirlər. Hazırda araşdırmalar davam edir, nəticələr də var. Bu barədə hüquq-mühafizə orqanları daha məlumatlıdırlar. Onlar öz işlərini ən yüksək səviyyədə aparırlar".

Eyni zamanda 2019-cu ilin yekunları müzakirə olunub. KK sədri vəzifəsinə seçkinin isə 2020-ci ilin martında keçirilməsi qərara alınıb./report

Xəbər xətti