Abşeronun bu kəndində qaz olmayacaq

12:54 - 28 Dekabr 2019 - Xəbər

Bu gün Abşeron rayonunun Digah kəndində qazın verilişi məhdudlaşdırılacaq.

Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, saat 12:00-dan etibarən Abşeron rayonunda yerləşən “Digah” Qaz Paylayıcı Stansiyasında sayğac quraşdırılması ilə əlaqədar Digah kəndində yaxın 2 saat ərzində qazın verilişində məhdudiyyətlər tətbiq olunacaq.

Xəbər xətti