Nigar Camal futbolçu qızının videosunu paylaşdı- VİDEO

11:40 - 28 Dekabr 2019 - MAQAZİN

Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camal futbolçu qızı Jasminlə bağlı paylaşım edib. 

Sənətçinin “Instagram” hesabında yayımladığı görüntülərdə qızının böyük məharətlə topla etdiyi peşəkar futbol fəndləri izləyicilərin diqqətini çəkib. Jasmin hazırda peşəkar futbolla məşğul olur. Onun hədəfi “Çelsi”nin qızlardan ibarət komandasında çıxış etməkdir.

Qeyd edək ki, Nigar Camalın Səidə və Jasmin adlı qız övladları var. Onlar hər ikisi Londonda yaşayır və orada təhsil alırlar./oxu.az

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

@jasmin__kane

Xəbər xətti