4 və 6 yanvar dərs günüdür?- Nazirlik və BŞTİ arasında qeyri- müəyyənlik

10:53 - 28 Dekabr 2019 - Xəbər

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yeri dəyişdirilib.

Ucnoqta.az xəbər verir ki, Nazirlər Kabinetinin bu qərarından sonra 6 günlük iş həftəsi olan təhsil müəssisələrində qeyri-müəyyənlik yaranıb. Belə ki, yanvarın 4-ü VIII, IX, X, XI siniflər üçün dərs günüdür.
Yerli mətbuatda bu barədə məlumat yayıldıqdan sonra Təhsil Nazirliyi altıgünlük tədris həftəsi ilə işləyən təhsil müəssisələrində 4-6 yanvar tarixlərində tədris aparılacağına dair məlumatların əsassız olduğu açıqlamasını yaydı.

Amma dekabrın 27-də Baki Şəhəri Təhsil İdarəsi məktəblərə yanvar ayının 4-ü və 6-sı günü iş günü olması barədə məlumat göndərib. Bu barədə Təhsil Nazirliyinin sosial şəbəkə hesabında Nazirliyin açıqlamasına münsaibət bildirən müəllimlər qeyd edir və yaranmış qeyri-müəyyənliyə aydınlıq gətirilməsi üçün açıqlama istəyirlər.

Xəbər xətti