Sabah Qazaxıstanın Bakıdakı səfirliyində bayraqlar yarıya qədər endiriləcək

18:00 - 27 Dekabr 2019 - Xəbər

Qazaxıstanda baş verən təyyarə qəzası ilə əlaqədar dekabrın 28-də ölkədə matəm elan edilib.

Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən Oxu.Az-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, bununla əlaqədar olaraq sabah səfirlikdə bayraqlar yarıya qədər endiriləcək. Lakin başsağlığı kitabı açılmayacaq.

Qazaxıstanın “Bek Air” şirkətinə məxsus təyyarə dekabrın 27-də Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb.
Hava gəmisində 95 sərnişin və beş heyət üzvü olub. Onlardan 12 nəfər ölüb, 66 nəfər xəsarət alıb. Yaralananlardan 50-si xəstəxanaya yerləşdirilib.

Xəbər xətti