Elmar Məmmədyarov Sudan səfirini qəbul edib

16:46 - 27 Dekabr 2019 - SİYASƏT

Xarici İşlər naziri Elmar Məmmədyarov Sudan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Abbas Mustafa Əhməd Abdallanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

XİN-dən Ucnoqta.az-a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Sudan arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi apardılar.

Səfir Abbas Abdalla, Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü çərçivəsində Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al-Burhanın Prezident İlham Əliyevlə keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, bu görüşün Sudan-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verdiyini qeyd edib.

Nazir Elmar Məmmədyarov öz növbəsində Azərbaycanın Sudanla, o cümlədən Qoşulmama Hərəkatına üzv dövlətlərlə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirdi, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsinin vacibliyini vurğulayıb.

Sonra səfir Abbas Abdalla Azərbaycanda diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsində ona göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Nazir Elmar Məmmədyarov səfir Abbas Abdallanın ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirdi və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Tərəflər arasında, həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik  məsələləri  ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər xətti