Azərbaycan və Malta yığmaları qarşılaşacaq

15:05 - 27 Dekabr 2019 - İDMAN

Azərbaycan milli komandası Malta ilə yoldaşlıq oyunu keçirəcək.

Bu barədə AFFA-nın saytı məlumat yayıb. Görüş gələn il martın 30-da olacaq. Matçın keçiriləcəyi stadion və başlanma vaxtı ilə bağlı əlavə məlumat verilməyib.

Xatırladaq ki, yığmamız mayda Türkiyə ilə də yoldaşlıq oyunu keçirəcək. Matçın dəqiq vaxtı hələlik açıqlanmayıb.

Xəbər xətti