Təhsil Nazirliyi: 4-6 yanvarda məktəblərdə tədris aparılacağı məlumatları əsassızdır

21:57 - 26 Dekabr 2019 - Xəbər

Bu gün bəzi media orqanlarında altıgünlük tədris həftəsi ilə işləyən təhsil müəssisələrində 4-6 yanvar 2020-ci il tarixlərində tədris aparılacağına dair əsassız məlumat yayılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin yaydığı açıqlama deyilir. Təhsil Nazirliyi bir daha bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli, 461 saylı qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib. Bu qərara müvafiq olaraq bütün təhsil müəssisələrində tədris yanvarın 7-də başlanılır.

Xəbər xətti