Xəzər rayonuna altı milyon manat ayrıldı - SƏRƏNCAM

17:54 - 26 Dekabr 2019 - Xəbər

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının, həmçinin, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Bakı şəhəri Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan cəmi altı milyon manat, o cümlədən, avtomobil yollarının yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq üç milyon manat, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq üç milyon manat ayrılıb.

 

Xəbər xətti