Ana səhifə
18 Sentyabr 2018

Üçəmlərə üçəm qardaş sürprizi (FOTO)

Türkiyədə ötən il üçəm körpəsi olan ailə növbəti üçəmlərini gözləyir.

 

Ucnoqta.azxəbər verir ki, 3 il əvvəl Konyada ailə həyatı quran Həcər – Cüməli Karkılçık cütlüyünün üçəm körpəsi dünyaya gəlib. Ötən gün isə ailə növbəti dəfə üçəm sahibi olacağını öyrənib. 

Xəbər ailəni sevindirsə də ata Cüməli indidən dünyaya gələcək üçəmlərin bez və qida məsrəflərini fikirləşməyə başlayıb. 

“İkinci dəfə üçəm olacağını eşidəndə şok oldum. İlk üçəmlərimiz hələ 1 yaşındadır. Hazırda onların aylıq qida məsrəfi 1 100 lirədir (380 manat). İkinci üçəm xəbərini eşidəndə sevinclə təşvişi bərabər yaşadım”. 

Ana Həcər Karakılçık isə imkanlı şəxslərdən xüsusilə bez və uşaq qidası üçün dəstək gözlədiklərini bildirib. Ailənin yaşadığı Seydişehir rayonunun icra nümayəndəsi ailəyə yardım edəcəyinə dair söz verib. (ANS PRESS)

Tarix
13 Oktyabr 2014 [10:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin