Tovuzda qaçırdığı qızın tanışını bıçaqlayanın məhkəməsi başlayır

16:57 - 26 Dekabr 2019 - Xəbər

Tovuzda adam bıçaqlamaqda təqsirləndirilən Hüseyn Nağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Nural Əliyevin icraatında olan iş üzrə hazırlıq iclası 2020-ci il yanvarın 9-da keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin sentyabr ayında baş verib. Tovuz şəhər sakini N.Qurbanova hüquq-mühafizə orqanlarına müraciət edərək qızı Z.Məmmədovanın Hüseyn adlı şəxs tərəfindən qaçırıldığını bildirib.

Araşdırmalar zamanı məlum olub ki, 23 yaşlı Hüseyn Nağıyev Z.Məmmədovanı qaçırmazdan əvvəl qısqanclıq zəminində qızın tanışı, Lerik rayon sakini, 40 yaşlı Arzu Nəcəfova 4 bıçaq zərbəsi endirib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

H.Nağıyev tutularaq istintaqa cəlb edilib. 

Xəbər xətti