"İlyas Çakırbəyli" Bakıya gəlir - FOTO

19:19 - 25 Dekabr 2019 - Xəbər

Baş rollarda Mustafa Üstündağ, Ozan Akbaba, Emir Benderlioğlu, Ceren Benderioğlu, Oqtay Kaynarca, Savaş Özdemir və başqalarının oynadığı “Aman reis duymasın” filminin sabah Bakıda qala gecəsi keçiriləcək.

Bu barədə Nizami Kino Mərkəzindən məlumat verilib. Bu münasibətlə "Eşkiya dünyaya hükümdar olmaz" serialında oynayan aktyor Ozan Akbaba sabah Bakının qonağı olacaq.

Rejissorluğunu Onur Tanın həyata keçirdiyi komediya filminin qala gecəsi Nizami Kino Mərkəzində baş tutacaq./publika.az

Xəbər xətti