Ana səhifə
13 Noyabr 2018

Gəncə sakini motosikletlə quyuya düşüb öldü

Gəncə şəhəri, Kəpəz rayonunda motosikletlə hərəkətdə olan 1 nəfər su quyusuna düşərək ölüb.

 

 

Ucnoqta.az”-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, 1978-ci il təvəllüdlü Əfqan Əli oğlu Qurbanov hərəkətdə olarkən, idarəetməni itirib və motosikletlə birlikdə su quyusuna düşüb.

 

Quyuya baxış keçirilərkən məlum olub ki, vətəndaş qəza zamanı aldığı müxtəlif bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

 

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi çıxarib və aidiyyəti üzrə təhvil veriblər.

Tarix
13 Oktyabr 2014 [10:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin