Həbib Konorla revanş görüşündən danışdı

10:57 - 25 Dekabr 2019 - Xəbər

Yüngül çəki dərəcəsində UFC çempionu, rusiyalı döyüşçü Həbib Nurməhəmmədov irlandiyalı döyüşçü Konor Makqreqorla revanş keçirilməsi ehtimalını qiymətləndirib.

TASS xəbər verir ki, o, açıqlamasında revanşdan imtina etdiyini bildirib. "Əvvəlcə o gərək 10 dəfə ard-arda qələbə qazansın", - deyə Nurməhəmmədov qeyd edib.

Xatırladaq ki, Həbib Nurməhəmmədov Las-Veqasda keçirilən döyüşdə irlandiyalı döyüşçü Konor Makqreqor üzərində qələbə qazanaraq çempion kəmərini özündə saxlayıb./oxu.az

Xəbər xətti