Xırdalanda yeniyetmə adam öldürdü

15:57 - 24 Dekabr 2019 - HADİSƏ

Dekabrın 22-də saat 23 radələrində Xırdalan şəhəri 28 May küçəsindən Bakı şəhər sakini Fikrət Həsənovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

“Qafqazinfo” xəbər verir ki, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Xırdalan şəhər sakini olan bir yeniyetmə saxlanılıb.

 

 

Xəbər xətti