“Xalq artisti” fəxri adına layiq görülən Röya, Miri Yusif və Tünzalə medalla təltif olundu - Video

15:11 - 24 Dekabr 2019 - MAQAZİN

Dekabrın 21-də Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.

 Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan Respublikasının estrada ifaçıları Röya Ayxan, Miri Yusif və Tünzalə Ağayevaya “Xalq artisti” fəxri medallarını təqdim edib.

“Xalq artisti” fəxri adına layiq görülən hər üç sənətçi bir araya gələrək onlara bu sevinci bəxş edən Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər:

Miri Yusif: “Hörmətli cənab Prezident, biz sizi təbrik edirik. Ad gününüz mübarək olsun. Allah Sizi qorusun!”

Röya Ayxan: “Sizə təşəkkürümüzü bildiririk. Öz ad gününüzdə bizi bu cür təbrik edib, dəyərləndirdiniz. Çox sağ olun!”

Tünzalə Ağayeva: “Hörmətli Cənab Prezident, biz sizi çox sevirik. Sizə cansağlığı arzu edirik. Biz, müasir musiqi nümayəndələri hər zaman Azərbaycan musiqisini ən gözəl şəkildə təmsil etmişik və sizin bizə verdiyiniz bu təltifdən sonra daha da həvəslənib, bol-bol işlər görməyə çalışacağıq. Allah Sizi qorusun!”/oxu.az

Xəbər xətti